12.12.2022
Qazax Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları Vətən Müharibəsi şəhidi Tural Elxan oğlu Məmmədovun anım günü ilə bağlı olaraq ailəsini ziyarət ediblər.
Qeyd edək ki, Tural Elxan oğlu Məmmədov 17 sentyabr 1990-cı ildə Qazax rayonunun Qızılhacılı kəndində dünyaya gəlib.
Azərbaycan Silahlı Qüvvələrinin müxtəlif hərbi hissələrində xidmət edən, "Həmlə” taborunun kəşfiyyat bölüyündə döyüşən kəşfiyyatçı Tural Məmmədov Vətən Müharibəsində igidcəsinə vuruşub. İkinci Qarabağ müharibəsi döyüşlərinin başladığı ilk günlərindən Kəlbəcər rayonunun "Murovdağ” istiqamətində gedən döyüşlərdə iştirak edib və qəhrəmancasına şəhid olub.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sərəncamlarına əsasən Tural Məmmədov ölümündən sonra "Vətən uğrunda", "İgidliyə görə", "Kəlbəcərin azad olunmasına görə", "Şücaətə görə" medalları ilə təltif edilib.