Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mədəniyyət Mərkəzində Ümumdünya İnsan Hüquqları günü qeyd edildi

09.12.2022

9 dekabr 2022-ci il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzində 10 Dekabr - Beynəlxalq İnsan Hüquqları günü münasibəti ilə "Hüquqlarınızı qoruyun" adlı tədbir təşkil edilib. 

Tədbirdə çıxış edən Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova qeyd edib ki, bütün insanlar eyni hüquqa malikdirlər, bu hüquqlar hər kəsə aid edilir. Hər bir insan irqindən, dilindən, dinindən siyasi baxışlarından aslı olmayaraq bütün hüquqlarla təmin edilir. Ölkəmizdə hər bir insan yaşamaq, təhsil almaq, azad olmaq hüququna malikdir. 

Digər çıxış edənlər də qeyd ediblər ki, dövlətimiz hər zaman insanlarının, vətəndaşlarının hüquqlarının müdafiəçisidir. Hər zaman xalqını dəstəkləyir və onlar arasında ayrıseçkiliyə yol vermir. Etnik və dini mənsubiyyətindən aslı olmayaraq bütün vətəndaşlar bərabər hüquqludur.