Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Mədəniyyət naziri Qazaxda ailə quran gəncləri təbrik edib

23.07.2018

Xəbər verdiyimiz kimi, mədəniyyət naziri Əbülfəs Qarayev iyulun 20-də Qazax rayonunda vətəndaşları qəbul edib.
Qəbuldan öncə nazir ümummilli lider Heydər Əliyevin abidəsinin önünə gül dəstəsi qoyaraq xatirəsini ehtiramla yad edib.
Sonra Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış olan nazir Məmmədov Elvin Etibar oğlu və İsgəndərova Ülviyyə Elvin qızından ibarət cütlüklərin arzusu əsasında mərkəzdə reallaşan nikah mərasimində də iştirak edib. Onları təbrik edərək xoş arzularını çatdırıb. Eyni zamanda, nazir gənc ailəyə soyuducu hədiyyə edib. Bu gün həmin hədiyyə Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Ramiz Quliyevin təşkilatçılığı ilə öz sahiblərinə çatdırılıb.