Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mədəniyyət Mərkəzində ”Şuşa ili”nə həsr edilmiş tədbir keçirildi

06.12.2022

6 dekabr 2022-ci il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzində filiallar ilə birgə Şuşa ilinə həsr edilmiş "Şuşa mədəniyyətimizin beşiyidir" adlı tədbir təşkil edilib.

 Tədbir Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.

 Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova açaraq qeyd edib ki, Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır. Bizim qədim və tarixi şəhərimizdir. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. 

Digər çıxış edənlərdən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov, Mədəniyyət Mərkəzinin metodisti Zülfiyyə Mürsəlova, Qazax şəhər 1 nömrəli folklor evinin metodisti Nailə Abdullayeva çıxışlarında qeyd ediblər ki, düşmən Şuşanı 28 il əsarətdə saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, tarixi abidələrimizi dağıtdı. Biz artıq Şuşaya qayıtmışıq. Prezident İlham Əliyevin rəhbərliyi ilə orada aparılan abadlıq və quruculuq işləri Şuşanın əvvəlki əzəmətini və qüdrətini yenidən özünə qaytaracaq.