Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mədəniyyət Mərkəzinin əməkdaşları əlil ailəsini ziyarət etdi

02.12.2022

3 Dekabr - Beynəlxalq Əlillər Günü ilə əlaqədar Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova, Ağköynək kənd diyarşünaslıq evinin və Qarapapaq kənd sənətkarlıq klubunun əməkdaşları dekabrın 2-də Qazax rayon Qarapapaq kənd sakini, 2004-cü il təvəllüdlü əlil Həsənova Qaratel Vüqar qızının ailəsində olub, ona baş çəkiblər.

Zahidə Həsənova görüşdə dövlətimizin şəhid ailələrinə, əlillərə, sosial qayğıya ehtiyacı olan insanlara daim diqqət göstərdiyini deyib.

Zahidə Həsənova Qaratel Həsənovanın səhhəti ilə maraqlanıb, ona şəfa diləyib.