21.11.2022
Noyabrın 21-də Ağstafa Tarix-Diyarşünaslıq Muzeyi, Ağstafa şəhər 1 saylı Folklor klubu və Ağstafa rayon Hüseyn Arif Ev Muzeyinin birgə təşəbbüsü ilə Vətən müharibəsi şəhidi Əliheydər Hüseynlinin xatirəsi anılıb.
Mədəniyyət işçiləri Şəhidin məzarına gül-çiçək dəstələri düzüb, xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, könüllü olaraq 44 günlük Vətən müharibəsinə qatılan Əliheydər Hüseynli döyüşlərdə manqası ilə birlikdə hər zaman öndə gedib.
Noyabrın 9-da Xocavənd rayonu ərazisində döyüş tapşırığını yerinə yetirən zaman şəhidlik zirvəsinə ucalan Əliheydər Hüseynli "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.