21.11.2022
Noyabrın 21-də Tovuz rayon Aşıq Ə.Cəfərov adına Mədəniyyət Mərkəzinin və Tovuz Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə Yeni Azərbaycan Partiyasının yaradılmasının 30-cu ildönümünə həsr olunmuş "Bir yumruq kimi" adlı tədbir təşkil olunub.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, ulu öndər Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mədəniyyət Mərkəzinin direktoru Asif Qasımov xalqımızın ümummilli lideri Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının 30 il ərzində şərəfli yol keçdiyini, ümumxalq partiyasına çevrildiyini diqqətə çatdırıb. Bildirib ki, ümummilli lider Heydər Əliyevin parlaq ideyaları əsasında xalqımızın və dövlətimizın bu gün özünün ən qüdrətli dövrünü yaşaması Yeni Azərbaycan Partiyasının ali məqsədlərini uğurla həyata keçirməsinin bariz təzahürüdür.
Sonra partiyanın və rayon təşkilatının ictimai-siyasi həyatında fəal iştirakına görə Asif Qasımov və Ramil Ələkbərov fəxri fərmanla təltif edilib