17.11.2022
17 noyabr 2022-ci il tarixdə Qazax rayon Mədəniyyət Mərkəzində 17 Noyabr-Milli Dirçəliş gününə həsr olunmuş "Dirçəlişimiz intibahımızdır" adlı tədbir təşkil olunub.
Tədbir Azərbaycanın suverenliyi, azadlığı uğrunda canından keçən Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etməklə başlayıb.
Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin bədii rəhbəri Nofəl Əliyev açaraq Dirçəliş gününün tarixindən danışıb. O, qeyd edib ki, 1988-ci ildə Azərbaycanda milli istiqlal hərəkatı başlayıb. Sovet ideologiyasının sərt qadağalarına baxmayaraq
xalqımız azadlıq uğrunda mübarizəyə qalxıb.
Digər çıxış edənlərdən- Mədəniyyət Mərkəzinin metodisti Məfrubə Mehdiyeva, Qazax şəhər 1 nömrəli Folkor evinin müdiri Famil Hüseynov çıxışlarında bildiriblər ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişi bütün sahələrdə olduğu kimi mədəniyyət sahəsində də oyanışa, dirçəlişə səbəb olub. Bu gün Azərbaycan dünyanın ən qabaqcıl ölkələri sırasındadır.