08.11.2022
Noyabrın 8-də Qazax rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "Zəfərin mübarək, Azərbaycanım" adlı konsert proqramı təşkil edilib.
Konsertdə "Göyəzən" instrumental ansamblının, Qazax şəhər 1 və 2 nömrəli Uşaq Musiqi Məktəbinin kollektivlərinin ifasında Azərbaycana, Zəfərə həsr olunmuş musiqilər ifa olunub. Konsert proqramı tamaşaçılar tərəfindən böyük maraq və coşqu ilə qarşılanıb.