Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfər Günü ilə əlaqədar olaraq Şəhid ailələri ziyarət olunur

07.11.2022

Noyabrın 7-də Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Ağstafa Komitəsinin dəstəyi ilə Zəfər Günü ilə əlaqədar olaraq Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə xalqımızın Qələbə qazandığı Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsinə ucalan Əliyev Tahir Çingiz oğlu, Omarov Eşqin Nəsib oğlu, Muradov Seyfəddin Mahmud oğlu, Piriyev Elşən Şəfalət oğlu, Quliyev Rusif Asim oğlunun ailələri ziyarət edilib.

Bildirilib ki, müstəqil Azərbaycanımızın tarixinə qızıl hərflərlə yazılmış 44 günlük Vətən müharibəsi şəhidlərinin ailələrinə, qazilərinə Ağstafa rayonunda da daim yüksək həssaslıqla yanaşılır.

Şəhid ailələri də öz növbələrində onlara dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyini vurğulayıb, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürlərini ifadə ediblər.