07.11.2022
Noyabrın 7-də Qazax rayon Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə "N" sayılı hərbi hissədə Zəfər Günü münasibətilə bayram konsert proqramı təşkil edilib.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Vətən uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edənlər Zəfər Gününün tarixi haqqında geniş məlumat veriblər.
"Göyəzən" instrumental ansamblı, solistlərin çıxışları əsgər və zabitlər tərəfindən böyük coşqu ilə qarşılanıb.
Mədəniyyət Mərkəzinin kollektivi hərbi hissə komandanlığı tərəfindən Fəxri Fərmanla mükafatlandırılıb.