Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazaxda ”Yazılsın tarixə bir qızıl xətlə” filmi nümayiş olundu

07.11.2022

Noyabrın 6-da Qazax rayon Ədəbiyyat Muzeyində Zəfər Günü ilə əlaqədar olaraq Əməkdar incəsənət xadimi, kinorejissor Ziya Şıxlınskinin Qafqaz İslam Ordusuna həsr olunmuş "Yazılsın tarixə bir qızıl xətlə" filmi nümayiş olunub.  

Qeyd edək ki, film 1918-ci ildə Azərbaycanın və paytaxt Bakının Qafqaz İslam Ordusu tərəfindən azad edilməsinə həsr olunub. Filmin əsas məqsədi Azərbaycan və Türkiyənin hər zaman biri-birinin yanında olduğunu çatdırmaqdır. Azərbaycan türkləri Çanaqqalada, Anadolu türkləri Azərbaycanın müstəqilliyi uğrunda döyüşlərdə biri-birinin ağır günlərində həmişə köməyə gələrək on minlərlə şəhid veriblər və əsl qardaşlığın necə olduğunu göstəriblər. 1918-ci ilin mart ayında Türk ordusu generalı Nuru Paşanın rəhbərlik etdiyi hərbi qüvvələr Gəncədən Bakıya qədər böyük qurbanlar hesabına Azərbaycan Demokratik Respublikasının müdafiəsinə gəldilər. Filmdə general Əliağa Şıxlinskinin Azərbaycan korpusunun formalaşdırması, rəhbərlik etdiyi ordu hissələrinin türk hərbi qüvvələri ilə birləşməsi və Azərbaycan Demokratik Respublikasının paytaxtının Gəncə şəhərindən Bakıya köçürülməsi sənədlər əsasında göstərilir.