05.11.2022
Noyabrın 5-də Ağstafa Mədəniyyət Mərkəzində Zəfər Günü münasibəti ilə "Cavad Xan" tarixi dramı nümayiş etdirilib.
Yazıçı-dramaturq Nüşabə Əsəd Məmmədlinin yazdığı “Cavad xan” tamaşasında Cavad xan rolunu Əməkdar artist Elxan Yunis, Cavad xanın həyat yoldaşını isə Xalq artisti Pərvanə Qurbanova canlandırıb. Tamaşanın quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov, rejissoru isə Elşad Əhmədovdur.
Tamaşa mədəniyyət işçiləri, ictimaiyyət nümayəndələri, rəsmi şəxslər və digər izləyicilər tərəfindən böyük maraqla qarşılanıb.