Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mədəniyyət Mərkəzində Zəfər Gününə həsr olunmuş tədbir keçirildi

04.11.2022

Noyabrın 4-də Qazax rayon Mədəniyyət Mərkəzində 8 Noyabr - Zəfər Günü münasibəti ilə Qazax Rayon İcra Hakimiyyəti və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə "Mənim Azərbaycanım, adına Zəfər yaraşır!" adlı bayram tədbiri təşkil edilib. 

Mərkəzin foyesində nümayiş olunan Qazax Dövlət Rəsm Qalereyasının dərnək üzvlərinin Zəfər Gününə aid çəkdikləri rəsm əsərləri, 

MKS-nin kitab sərgisi, UGİM-nin dərnək üzvlərinin əl işləri tədbirə gələnlərin diqqətini cəlb edib. 

Ağsaqqalların, qazilərin, müharibə iştirakçılarının, mədəniyyət və təhsil işçilərinin, ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə iştirak edən Qazax rayon İcra Hakimiyyətinin başçısı R. Babaşov, millət vəkili S. Seyidov bu gün münasibəti ilə tədbir iştirakçılarını təbrik ediblər. Onlar qeyd ediblər ki, Vətən müharibəsində qazanılan bu möhtəşəm Qələbə tariximizə qızıl hərflərlə həkk olunub. Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun rəşadəti sayəsində əzəli və əbədi olan ata-baba torpaqlarımız öz sahiblərinə qaytarıldı.

 Şəhidlərimiz Qələbə tarixini öz qanları ilə yazdılar. Vətən yolunda canlarını fəda edən Şəhidlərimizin , sağlamlığını itirən Qazilərimizin yazdığı şanlı tarix heç vaxt yaddaşlardan silinməyəcək. 

Tədbirdə çıxış edən 44 günlük Vətən müharibəsi şəhidi Xaliddin Nəsibovun atası Vaqif Nəsibov onlara göstərilən bu diqqət və qayğıya görə dövlət başçısına, rayon rəhbərliyinə və mədəniyyət işçilərinə öz təşəkkürünü bildirib. 

Tədbirdə Mədəniyyət Mərkəzinin "Göyəzən" instrumental ansamblının, Qazax şəhər 2 nömrəli Uşaq Musiqi Məktəbinin musiqi kollektivi: xor, aşıqlar ansambllarının maraqlı çıxışları tədbirə xüsusi rəng qatıb.