21.10.2022
Ağstafa Mədəniyyət Mərkəzində oktyabrın 20-də Zəngilanın azad olunması ilə əlaqədar tədbir keçirilib. Tədbir torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin ruhunun bir dəqiqəlik sükutla yad olunması və Dövlət himninin səsləndirilməsilə başlayıb. Daha sonra Ağstafa Mədəniyyət Mərkəzinin direktor vəzifəsini müvəqqəti icra edən Xuraman Əzimova, Qarabağ Veteranlar Birliyinin Ağstafa rayon üzrə nümayəndəsi Mirzahid Hacıyev, 44 günlük Vətən müharibəsi qazilərindən Əlləz Yusifov, Ozal Mustafazadə və digər çıxış edənlər Ali Baş Komandan İlham Əliyevin apardığı uğurlu və məqsədyonlü siyasət nəticəsində əldə olunmuş qələbədən, o cümlədən 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun göstərdiyi igidlik və sücaətindən söhbət açıblar. Tədbirdə vətənpərvərlik mövzusunda seir və saz havaları, körpə fidanların ifasında rəqs numayiş olunub. Sonda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Zəngilanın azad olunması ilə əlaqədar söylədiyi fikirlər videoçarx ilə nümayiş olunub. Tədbirin keçirilməsində əsas məqsəd gənc nəslin Vətənə bağlılıq və vətənpərvərlik hissinin daha da yüksəldilməsi idi.