19.10.2022
Oktyabrın 19-da Ağstafa Mədəniyyət Mərkəzində seminar-müşavirə keçirilib. Seminar-müşavirədə Mədəniyyət Mərkəzinin filial əməkdaşları iştirak edib.
Seminarda torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Seminar - müşavirədə Mədəniyyət Mərkəzinin direktor v.m.i.e. Xuraman Əzimova çıxış edərək şanlı qələbəmizin ikinci il dönümü münasibətilə Zəfər gününə həsr olunmuş tədbirin təşkil olunması barədə məlumat verib. Seminar-müşavirədə mədəniyyət evi və klub əməkdaşlarının keçirdikləri tədbirlər və gördükləri işlər barədə hesabatlar dinlənilib, onlara müəyyən tövsiyələr və tapşırıqlar verilib. Ağstafa rayon mədəniyyət işçiləri Həmkarlar ittifaqı adından Mədəniyyət Mərkəzinin ansambl rəhbəri Şahin Əliyevin 65 yaşı tamam olması münasibətilə və mədəniyyət sahəsində səmərəli fəaliyyətinə görə Fəxri fərman və hədiyyə ilə təltif olunub.