Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz MKS-nin və Mədəniyyət Mərkəzinin əməkdaşları şəhidin evini ziyarət etdilər

17.10.2022

17 oktyabr 2022-ci il tarixində Tovuz MKS-nin Əlibəyli, Hacallı kənd kitabxana filiallarının və Əlibəyli kənd klubunun əməkdaşları Şəhid Hüseynov Anar Hüseyn oğlunun ailəsini ziyarət ediblər. 

Anar Hüseynov 1982-ci il oktyabrın 8-də Tovuz rayonunun Əlibəyli kəndində anadan olub. 1988-1999-cu illərdə Q.Rzayev adına Hacallı kənd tam orta məktəbində təhsil alıb. Anar Hüseynov 2000-2002-ci illərdə Dövlət Sərhəd Xidmətinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2015-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu idi. 2016-cı ilin 2-5 aprelində baş verən Aprel döyüşlərində savaşıb.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Anar Hüseynov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Hüseynov sentyabrın 28-də Füzuli döyüşləri zamanı şəhid olub.

Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamına əsasən Anar Hüseynov ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "İgidliyə görə" medalları ilə təltif edilib.