Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa MKS-nin və Mədəniyyət Mərkəzinin əməkdaşları şəhid ailəsini ziyarət etdi

17.10.2022

Oktyabrın 17-də Ağstafa rayon Mərkəzləşdirilmiş Mitabxana Sistemini və Mədəniyyət Mərkəzinin əməkdaşları 44 günlük Vətən müharibəsi zamanı

 qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış Göycəli kənd sakini Mehdizadə Qurban Aydın oğlunun ailəsini ziyarət ediblər.

Görüş zamanı şəhidin anası Nahudə xanım oğlunun keçdiyi şərəfli döyüş yolundan, igidliyindən danışdı. Əməkdaşlar şəhidin xatirələrinin qəlblərdə əbədi yaşayacağını vurğulayıblar.

Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.