Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz MKS və Mədəniyyət Mərkəzinin əməkdaşları şəhid ailələrini ziyarət etdi

12.10.2022

Oktyabrın 11-də Tovuz MKS və Mədəniyyət Mərkəzinin əməkdaşları Vətən uğrunda canından keçən şəhidlərimizin ailələrini ziyarət edib.

Ziyarət zamanı Əhməd Abbasov, Vüqar Əkbərov, Emin Hüseynovun ailəsinə baş çəkilib. 

Mədəniyyət işçiləri şəhid ailələrinin evlərini ziyarət edərkən hər birinin xatirəsinə ehtiram əlaməti olaraq güşələrinə baxış keçirib, ruhlarına rəhmət diləyib. Şəhidlərimizin əziz xatirəsinin əbədiyyən xalqımızın yaddaşına həkk olunduğunu vurğulayaraq ölkə prezidenti İlham Əliyevin hər zaman şəhid və qazilərimizin qələbəmizin təmin olunmasındakı fədakarlıqlarını ən yüksək səviyyədə dəyərləndirdiyini qeyd ediblər.