Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax Mədəniyyət Mərkəzinin əməkdaşları qazinin evini ziyarət etdi

12.10.2022

11 oktyabr 2022-ci il tarixində Qazax Mədəniyyət Mərkəzinin və Həmkarlar İttifaqı Qazax rayon Komitəsinin birgə təşkilatçılığı ilə Mədəniyyət Mərkəzinin əməkdaşları 12 sentyabr 2022-ci il tarixdə Laçın rayonunun Bozlu kəndində gedən döyüşlərdə yaralanmış Xanlıqlar kənd sakini Məmmədov Əlhəm Qələndər oğlunun evini ziyarət edib, onunla görüşüblər.

  Məmmədov Əlhəm həm də 44 günlük Vətən müharibəsi iştirakçısı olub. "Müharibə iştirakçısı", "Cəsur döyüşçü", "İgidliyə görə ", "Laçının azad olunmasına görə" medalları ilə təltif olunub.

Qazi mədəniyyət işçiləri ilə görüşdə müharibənin ağrılı-acılı günlərindən, əsgərlərimizin keçdiyi döyüş yolundan danışıb.