11.10.2022
11 oktyabr 2022-ci il tarixində Tovuz rayon mədəniyyət müəssisələrinin əməkdaşlarının iştirakı ilə seminar-müşavirə keçirildi Seminar-müşavirədə oktyabrın 7-də Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyevin rəhbərliyi ilə idarənin müəssisələrinin fəaliyyəti ilə bağlı verilən tövsiyyə və tapşırıqlar iştirakçıların nəzərinə çatdırılıb. Eyni zamanda mədəniyyət sahəsində görülən işlər, aparılan islahatlar haqqında müşavirə iştirakçılarına məlumat verilib.
Tədbirdə mədəniyyət sahəsində mövcud olan problemlər dinlənilib, işçiləri maraqlandıran suallar cavablandırıldı.