Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları şəhidin evini ziyarət etdi

11.10.2022

11 oktyabr 2022-ci il tarixində Tovuz Tarix-Diyarşünaslıq Muzeyinin əməkdaşları 44 günlük Vətən müharibəsində Şəhid olmuş Yusifov Münasib Mübariz oğlunun ailəsini ziyarət ediblər.

Görüşdə şəhidin Vətən müharibəsinin ilk günündən ön cəbhədə döyüşdüyü, döyüş meydanında böyük şücaət və cəsarət nümunələri göstərdiyi xüsusi qeyd olunub. Şəhidin ailəsi dövlət tərəfindən onlara göstərilən yüksək diqqət və qayğıya görə ölkə başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildiriblər.

 Qeyd edək ki, Münasib Yusifov 2000-ci il mayın 14-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 2006-2017-ci illərdə M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb.

 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində müddətdən artıq həqiqi xidmətə hərbi qulluqçusu kimi xidmət edirdi.

  Münasib Yusifovun son döyüşü Laçın dəhlizində olub. Noyabrın 6-da Şuşa şəhəri istiqamətində gedən döyüşlərdə şəhid olub. Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb.