07.10.2022
Oktyabrın 7-də Ağstafa rayon MKS-nin əməkdaşları Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucalmış İsmayılov Nazim Əfqan oğlunun doğum günü ilə əlaqədar ailəsini ziyarət ediblər.
Görüş zamanı şəhidin keçdiyi şərəfli döyüş yolu xatırlanıb, onun Vətən müharibəsindəki rəşadətindən bəhs edilib, xatirələrinin qəlblərdə əbədi yaşayacağı vurğulanıb. Bildirilib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu qarşısında tab gətirməyən təcavüzkar Ermənistan beynəlxalq hüququn norma və prinsiplərini pozaraq yaşayış məntəqələrimizi atəşə tutub, nəticədə dinc sakinlər həlak olub, yaralanıblar.
Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz minnətdarlıqlarını bildiriblər.