30.09.2022
30 sentyabr 2022-ci il tarixində Ağstafa rayon Mərkəzi Kitabxanası 1 oktyabr - Ahıllar günü münasibətilə Ağstafa rayon Yazıçılar evində "Ahıllıq müdriklikdir" adlı tədbir təşkil edib.
Tədbirdə kitabxananın əməkdaşları, fəal oxucular, yerli yazarlar və bir qrup rayon ağsaqqalları iştirak edib.
Tədbiri Ağstafa rayon MKS-nin direktoru Solmaz Nağıyeva açaraq tədbir iştirakçılarını salamlayıb və bu gün münasibətilə rayon ağsaqqallarını təbrik edib. Xalq artisti Tariyel Qasımovun, şair Qurban Həmidoğlunun, Ağsaqqalar surasının sədri aşıq Hüseynin nəsihhət dolu cıxışları iştirakçılar tərəfindən dinlənilib.
Tədbirin davamında çay süfrəsi arxasında səmimi söhbətlər aparılıb, şeirlər səsləndirilib.