13.09.2022
13 sentyabr 2022-ci il tarixində Qazax rayon MKS-nin E. Hüseynov adına Mərkəzi Kitabxanasında “Qazax elinin Şəhid oğulları – Unutmadıq, unutmarıq!” adlı video-çarx nümayiş olunub.
Tədbirdə şəhid olan əsgər və zabitlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Oxuculara Xidmət şöbəsinin müdiri Bəsdi Məmmədova tədbir iştirakçılarına Azərbaycan dövlətinin işğalçı erməni ordusuna qarşı haqq savaşında şanlı zəfəri, igid Azərbaycan əsgərinin rəşadəti və müasir hərb tarixində iz qoyan döyüş əməliyyatları haqqında ətraflı məlumat verib. Video-çarxda 44 günlük müharibənin “Öncə Vətən!” deyərək gənc ömürlərini torpaqlarımızın azadlığı uğrunda qurban verən Qazax elinin Şəhidlərindən Pənahov Elməddin Məqsəd oğlu, Veyisli Xaliddin Zərgər oğlu, Məmmədov Tural Elxan oğlu, Bayramov Elmar İsa oğlu, Kərimov Emil İlqar oğlu, Həmşəyev Qismət Oruc oğlu, Həsənov Babək Saleh oğlunun qısa və şərəfli ömür yolları əks olunub.