Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Mərkəzi Kitabxanası səyyar kitabxana xidməti təşkil edib

03.09.2022

02 sentyabr 2022-ci il tarixində Tovuz rayon Mərkəzi Kitabxanasının təşkilatçılığı ilə Heydər Əliyev adına şəhər istirahət parkında səyyar kitabxana xidməti təşkil edilib. Səyyar kitabxana xidmətinin məqsədi kitabxanalara daha çox oxucu cəlb etmək, onların kitaba, ədəbiyyata marağını artırmaq, yeni nəşr olunan əsərlərlə əhalini tanış etməkdir.

Səyyar kitabxana xidməti zamanı tarixə, milli-mənəvi dəyərlərimizə, bədii ədəbiyyatımıza, mədəniyyətimizə və xalq ədəbiyyatımıza, uşaq ədəbiyyatına dair kitablar nümayiş olunub. Kitabxananın əməkdaşları sərgi ilə maraqlanan oxuculara onların özünəməxsus marağı və mütaliə tələbatını nəzərə almaqla kitablar tövsiyyə ediblər. Eyni zamanda, onlara sistemli, ardıcıl və istiqamətli mütaliə üçün kitabxanaların fəaliyyətindən istifadə etmək təklif edilib.