Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax Dövlət Rəsm Qalereyasında ”Narkomaniyaya yox deyək” başlığı altında tədbir keçirildi

21.06.2022

21 iyun 2022-ci il tarixdə Qazax Dövlət Rəsm Qalereyasında "Narkomaniyaya yox deyək" başlığı altında tədbir keçirildi. Tədbirdə Qazax rayon Təhlükəsizlik Şöbəsinin rəisi Emin Həsənov, mədəniyyət işçiləri iştirak etdilər. Qalereyanın direktoru Münəvvər Xəlilova çıxışında narkomaniyanın insan həyatı üçün təhlükəsindən danışdı. Şöbə rəisi Emin Həsənov ölkəmizdə narkomaniyaya qarşı aparılan mübarizə tədbirləri haqqında çıxış etdi. Sonda tədbir iştirakçıları mövzuya aid çəkilmiş rəsmlərə baxış keçirdilər.