26.05.2018
26 may 2018-ci il tarixdə saat 12:00-da Dəmirçilər və Ürkməzli kənd Sənətkarlıq evləri kəndin ərazisində yerləşən “N” saylı hərbi hissədə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100-cü ildönümünə həsr olunmuş “Şərəfli istiqlal yolunun başlanğıcı” adlı tədbir keçirib. Tədbirdə “N” saylı hərbi hissənin zabit və əsgər heyyəyindən bir qrup, Dəmirçilər və Ürkmzli kənd kitabxana filialın işçilərindən ibarət olmaqla 58 nəfər iştirak edib.
Tədbiri giriş sözü ilə açan kitabxana filialın müdiri Xanım Hüseynova “Şərəfli istiqlal yolunun başlanğıcı” adlı məruzə ilə çıxış etmişdir. O, məruzəsində Xalq Cümhuriyyətinin yarandığı tarixi dövrə bir daha nəzər salmış, müstəqil Azərbaycan Respublikasının məhz onun varisi olduğunu xüsusi vurğulamışdır. O, Şərqdə ilk demokratik dövlətin yaranmasının xalqımızın milli azadlığa, müstəqilliyə və demokratiyaya olan istək və arzularının məntiqi nəticəsi olduğunu bildirmişdir. Cəmi 23 ay yaşamış bu Cümhuriyyətin xalqımızın tarixində böyük iz qoyan tədbirlər həyata keçirdiyini, Azərbaycanın gələcək müstəqilliyi üçün möhkəm zəmin yaratdığını diqqətə çatdırmışdır.
“N” saylı hərbi hissənin kapitanı Vüqar Hüseynov, baş leytnant Nirşad Rəsulov, Dəmirçilər kənd Sənətkarlıq evinin müdürü Tərlan Əhmədova, Ürkməzli kənd Sənətkarlıq evinin müdirü Gülsənəm Cəlilova, kitabxana filialın müdiri Nisə Qurbanova öz çıxışlarında qeyd etdilər ki, XX əsrin sonunda yenidən öz müstəqilliyini əldə edən Azərbaycan dövlətçiliyinin bilavasitə ümummilli liderimiz Heydər Əliyevin tarixi xidmətləri sayəsində qorunub saxlanıldığını və bu gün ulu öndərimizin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə yeni inkişaf mərhələsinə qədəm qoyduğunu xüsusi qeyd etmişlər.
Tədbir konsert proqramı ilə davam etmişdir.