11.06.2022
11 iyun 2022-ci il tarixində Tovuz rayon Tarix-Diyarşünaslıq muzeyində M.Quliyev adına Şamlıq kənd tam orta məktəbinin müəllim və şagird kollektivi ekskursiyada oldular. Ekskursiya zamanı muzeydə yerləşdirilmiş eksponatlar haqqında əməkdaşlar tərəfindən ətraflı məlumatlar verildi. Müəllim və şagird kollektivi tarixi özündə əks etdirən eksponatlar ilə yaxından tanış oldular.