Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Regional Mədəniyyət Idarəsinin nəzdində fəaliyyət göstərən Qazax rayon E. Hüseynov adına Mərkəzi kitabxana Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “Şərəf və ləyaqət tariximiz ” adlı ədəbi-bədii kompozisiya keçirib.

25.05.2018

25 may 2018- ci il tarixdə saat 15:30-da Mərkəzi kitabxana Oxu zalında  AXC-nin 100 illiyinə həsr olunmuş “Şərəf və ləyaqət tariximiz” adlı ədəbi-bədii kompozisiya keçirib. Tədbirdə Qazax şəhər məktəbliləri, şəhər 2 saylı Uşaq Musiqi məktəbinin müəllimi Sevil Vəliyevanın rəhbərliyi ilə xor sinifi, fəal oxucular iştirak ediblər. Tədbir iştirakçıların ifasında Azərbaycan Dövlət Himninin ifası ilə başlayıb. Tədbiri giriş sözü ilə açan Metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova Azərbaycan Xalq Cümhuriyyətinin tarixi, habelə ölkəmizin son illər əldə etdiyi tarixi nailiyyətlər, milli mədəniyyətimizin inkişafı haqqında məlumat verərək  qeyd edib ki, XX əsrin əvvəllərində Şərqdə ilk Demokratik Cümhuriyyəti qurmaqla Azərbaycan böyük, istedadlı bir xalq olaraq azadlıq, suverenlik yolunda mübarizliyini bütün dünyaya göstərdi.

Direktor müavini Münəvvər Süleymanlı “Şərəf və ləyaqət tariximiz ” adlı məruzə ilə çıxış edib: “ Zəngin və keşməkeşli mübaizələrlə dolu, nəsillərə nümunə olan Azərbaycan Xalq Cümhuriyyəti dövlət quruculuğu tariximizdə silinməz izlər buraxıb, xalqımızın qəlbində azadlıq və istiqlal duyğularını gücləndirib. Ulu öndər Heydər Əliyev AXC-nin yaradılmasının xalqımız üçün tarixi hadisə olaraq xalqımızın dövlətçilik salnaməsinin parlaq səhifələrindən biri olduğunu söyləmişdir...  Azərbaycan Respublikası Prezidenti İlham Əliyev AXC-nin müsəlman Şərqində ilk Parlamentli Respublika kimi xalqımızın qədim dövlətçilik ənənələrini yaratdığını, müasir dövrə xas dövlət yaradılmasına nail olduğunu qeyd edib. AXC zəngin dövlət quruculuğu təcrübəsi ilə milli dövlətçilik tariximizdə silinməz izlər qoymuşdur.” Tədbirin ikinci hissəsində 2 saylı Musiqi məktəbinin şagirdləri şən mahnılar oxuyub, saz sinfinin şagirdi Həsən Həsənov el havaları səsləndirib, məktəblilərdən Hüseynova Əsmər, Abdullayeva Nərmin, Mansurova Fidan, Abdullayeva Elmira, Hüseynova Aygün Vətənə həsr olunmuş şeirlər söyləyiblər. Sonda ölkəmizin tarixini, mədəniyyətini özündə əks etdirən kitablardan ibarət sərgiyə baxış keçirilib.