Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Mərkəzi kitabxananın uşaq şöbəsi “Uşaqları kitab oxumağa necə həvəsləndirək?” mövzusunda məktəblilərlə görüş təşkil etdi

25.05.2022

23 may 2022-ci il tarixində Tovuz rayon Mərkəzi kitabxananın uşaq şöbəsi “Uşaqları kitab oxumağa necə həvəsləndirək?” mövzusunda məktəblilərlə görüş təşkil etdi. Kiçik yaşlı məktəblilərlə görüşdə kitabxananın əməkdaşı Aysel Qəribova tövsiyə etdi ki, oxuya başlayarkən əsərdəki qəhrəmanların obrazlarını ifadəli oxumağa çalışın, obrazları öz aranızda bölüşərək oxuyun, hekayədəki hadisələrə görə reaksiya verməyə çalışın, gülüş yerində gülün, həyəcanlı hissələrdə isə qəhrəmanla birgə sizin də  həyəcan keçirdiyinizi göstərməyə çalışın.