25.05.2018
25 may 2018-ci ildə Qazax rayon Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə əlaqədar “Tarixi irs və müasirlik” başlıqlı tədbir keçirilmişdir.Tədbirdə Qazax şəhər Q. Hacımahmudovaadına ümumiorta məktəbin, Qazax şəhər 5 saylı orta məktəbin müəllim və şagirdləri, Qazax rayon Sosial-İqtisadi kollecin II kurs tələbələri iştirak etmişdirlər.
Əvvəlcə Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova AXC-nin yaranmasına həsr olunmuş “Tarixi irs və müasirlik” başlıqlı məruzəsini oxumuş, sonra tədbir iştirakçıları-Qazax şəhər Q.Hacımahmudova adına ümumi orta məktəbin direktoru Yeganə Göyşüyeva, Qazax şəhər 5 saylı orta məktəbin sinif müəlliməsi Rüxsarə Əhmədova, Qazax rayon Sosial –İqtisadi kollecin müəlliməsi Tərlan Bədəlova və məktəb şagirdləri Hacıyev Əsgər, Camalova Sədaqət, Mirzəyeva Aytən, Orucova Ayan və başqaları Azərbaycanın şanlı tarixinə şanlı hərflərlə yazılmış AXC haqqında ətraflı çxışlar etmiş, tariximizin keşməkeşli lakin şərəfli səhifəsinə həsr olunmuş şerlər söyləmişdirlər. Sonda “Milli dövlətçilik tariximizə diqqət və ehtiram” adlı film nümayiş etdirilmiş və AXC haqqında sərgiyə baxış keçirilmişdir.