Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa Dövlət Rəsm Qalereyasına uşaq baxçalarının ekskursiyasi təşkil olundu

22.04.2022

22 aprel 2022-ci il tarixdə Ağstafa Dövlət Rəsm Qalereyasında rəsm dərnək şagirdlərinin hesabat sərgisinə uşaq baxçalarının ekskursiyasi təşkil olundu. Tədbirdə Ağstafa şəhər 1 və 2 saylı uşaq baxçalarının azyaşlıları və müəllimləri iştirak etdilər. Rəsm dərnək şagirdlərinin müxtəlif mövzularda çəkdikləri rəsmlər haqqında Qalereyanın muzey baxıcısı Samirə Yolçuyeva məlumat verdi. Sərgi azyaşlılar tərəfindən rəğbətlə qarşılandı.