Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Elmar Hüseynov adına Mərkəzi Kitabxana Xalq artisti, teatrşünas Mehdi Məmmədovun 100 illiyinə həsr olunmuş “Həyat və səhnə fenomenimiz” adlı video çarx nümayiş etdirib.

24.05.2018

23 may 2018-ci il tarixdə saat 10:30 - da Mərkəzi Kitabxananın Oxu zalında  Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı, teatrşünas, rejissor, istedadlı aktyor Mehdi Məmmədovun  100 illiyinə həsr olunmuş  “Həyat və səhnə fenomenimiz” adlı video çarx nümayiş etdirilib. Tədbirdə Mədəniyyət işçiləri və fəal oxucular iştrirak edib.  MKS -inin direkroru Solmaz Babanlı Mehdi Məmmədovun  işıqlı həyatı haqqında qısa məlumat verib: Böyük sənət eşqli pedaqoq, fundamental düşüncəli rejissor kimi Azərbaycan teatr səhnəsinə, kino sənətinə böyük töhvələr vermiş Mehdi Məmmədov Azərbaycan mədəniyyət  tarixində silinməz izlər, sənətşünaslıq doktoru kimi nəzəri cəhətdən sanballı kitablar miras qoyub. Ölməz sənətkara həsr olunmuş videoçarxın nümayişindən tamaşaçılar belə qənaətə gəlir ki, illər, əsrlər keçsə belə, onun təkrarolunmaz rolları, rejissorluğa verdiyi əsərləri tamaşaçılar tərəfindən sevilə - sevilə yad ediləcək.