18.05.2018
Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Qazax rayon Heydər Əliyev Mərkəzində 18 may Beynəlxalq Muzeylər gününə həsr olunmuş “Açıq qapı” günləri elan olunmuş və “Tarixi işıqlandıran çıraqlar” adlı tədbir keçirilmişdir. Tədbir Qazax rayon Heydər Əliyev Mərkəzi və Qazax rayon V. Musayev adına II Şıxlı kənd orta məktəbinin , Ağstafa rayon Poylu kənd S.Məmmədov adına orta məktəbin müəllim və şagirdlərinin birgə iştirakı ilə baş tutmuşdur. İlk olaraq muzeyin direktoru C.Hüseynova H.Əliyevin Azərbaycan muzeylərinin inkişaf yolunda göstərdiyi əvəzsiz xidmətlərindən danışaraq bildirmişdir ki, “Xalqımızın böyük oğlu Heydər Əliyev birinci dəfə Azərbaycana rəhbər seçildiyi zaman Azərbaycanda çox az sayda muzey var idi.. Məhz ulu öndərin respublikaya rəhbərliyinin ilk ilində onun təşəbbüsü ilə “Respublikada muzey işinin yaxşılaşdırılması haqqında” qəbul edilən qərar Azərbaycanın bütün regionlarında müxtəlif profilli muzeylərin tikilməsinə, fəaliyyətdə olan muzeylərin yenidən bərpa olunmasına, eksponatlarla zənginləşdirilməsinə zəmin yaratdı.. Muzey işinə qayğı və diqqət dahi rəhbərin fəaliyyətində daim xüsusi yer tutmuşdur. Dahi şəxsiyyət Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə 1980-ci ildə muzey işinə dair yeni bir qərarın qəbulu respublikada muzeylər şəbəkəsinin inkişafına, bu işə rəhbərliyin təkmilləşdirilməsinə geniş imkanlar yaratmış və bölgələrdə tarix-diyarşünaslıq muzeylərinin açılmasına stimul olmuşdur. Həmin qərardan sonra 1980-1982-ci illərdə respublikanın rayonlarında 30-a qədər muzey yenidən qurulmuşdur. Muzey yaradılması sahəsində ötən əsrin 70-ci illərindən başlayaraq ulu öndərin təşəbbüsü ilə həyata keçirilən tədbirlər ölkəmiz öz müstəqilliyini əldə etdikdən sonra da davam etdirilmişdir. Milli-mədəni sərvətlərimizin qorunub gələcək nəsillərə çatdırılması sahəsində muzeylərin rolunu layiqincə qiymətləndirən və yeni-yeni muzeylərin yaradılmasının təşəbbüskarı olan dahi şəxsiyyət Heydər Əliyev demişdir: “Milli ənənələrimizin nə qədər dəyərli olduğunu dünyaya gələn yeni nəsillərə çatdırmaq və onları bu ənənələr əsasında tərbiyə etmək üçün muzeylər lazımdır”. Tariximizin və milli dəyərlərimizin qorunub saxlandığı muzeylərə diqqət və qayğı sahəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan nəcib ənənələrin “Heydər Əliyev ili”ndə də davam etdirilməsi, bütün sahələrdə olduğu kimi, muzeylərə qayğı sahəsində də Heydər Əliyev ideyalarına sadiqlik nümunəsidir. Hər il mayın 18-ni dünya mədəni ictimaiyyəti Beynəlxalq Muzey Günü kimi qeyd edir. Bu gün 1977-ci ildə Beynəlxalq Muzeylər Şurasının 11-ci konfransında Sovet nümayəndə heyətinin təklifi ilə təsis olunmuşdur. 1978-ci ildən etibarən bu bayram hər il 150-dən çox ölkədə qeyd olunu
Daha sonra şagirdlərin hazırladıqları kompozisiya nümayiş etdirilmişdir. Tədbir muzeyin ekskursiyası ilə başa çatmışdır. Gün ərzində açıq qapı davam etmişdir.