17.03.2022
17 mart 2022-ci ildə Qazax rayon M.P.Vaqif və M.V.Vidadinin xatirə muzeyində "Yurdumuza bahar gəlir" adlı tədbir keçirildi. Tədbirdə Qazax şəhər 1 saylı orta məktəbin şagirdləri iştirak etdilər.
Tədbiri muzeyin direktoru Məhruzə Hüseynova açaraq tədbir iştirakçılarını bayram münasibətilə təbrik etdi. Sonra uşaqlar bayram şeirləri söylədilər, yumurta döyüşdürdülər. Tədbirin sonunda uşaqlara bayram xonçasından hədiyyələr verildi.
Eyni zamanda şair Molla Vəli Vidadinin anadan olmasının 313 illiyi münasibətlə muzeydə dəyirmi masa keçirildi.
Tədbiri muzeyin direktoru Məhruzə Hüseynova açaraq şairin həyat yolundan ətraflı danışdı. Həm də onu qeyd etdi ki, şairin öz müasirlərindən Molla Pənah Vaqif, Şəki xanı şair Hüseyn xan Müştaq və başqaları onun ən yaxın və səmimi dostları sayılırdı. Onların dostluğu əqidə, məslək dostluğu idi. Vidadi onlara mənzum məktublar yazır, şeirləşir, deyişir, dərdini dostları ilə bölüşərək onlara ağıllı məsləhətlər verirdi. Vidadi ilə Vaqifin yaxın qohum olduğunu yazanlar da vardır. Hər halda bu iki şairin dostluğu ömrü boyu davam edərək bütün sınaqlardan çıxıb möhkəmlənmiş və hər ikisinin yaradıcılığında dərin iz buraxmışdır.
Sonra muzeyin digər əməkdaşları da şairin yaradıcılığı haqqında ətraflı çıxış etdilər.