17.03.2022
17 mart 2022-ci il tarixdə Ağstafa rayonu Heydər Əliyev adına istirahət parkında Novruz bayramı ilə əlaqədar geniş bayram tədbiri keçirilib.
Bayram şənliyində rayon icra hakimiyyətinin başçısı Seymur Orucov, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəhbərliyi, hüquq- hühafizə orqanları, şəhid ailələri, qazilər, müəssisə və təşkilat nümayəndələri, rayon ictimaiyyəti iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə parkın qarşısında məktəblilərin və yerli sənətkarların əl işlərindən ibarət sərgiləri, folklor nümunələrini, ədəbi-bədii kompozisiyaları, idmançıların çıxışlarını izləyiblər.
Rayon İcra Hakimiyyətinin Başçısı Seymur Orucov rayon ictimaiyyətini bu gözəl bayram münasibəti ilə təbrik edib sonra yazın gəlişini bildirən bayram tonqalı yandırılıb.
Şənlik mədəniyyət və incəsənət nümayəndələrinin geniş konsert proqramı ilə davam etdirilib.