Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS–nin E.Hüseynov adına Mərkəzi Kitabxanası Azərbaycan Respublikasının Prezidenti, görkəmli siyasi və dövlət xadimi, Müzəffər Ali Baş Komandan  Əliyev İlham Heydər oğlunun anadan olmasının 60 illiyi münasibəti ilə “Qalib Ölkə, Qüdrətli Sərkərdə” adlı tədbir keçirib

24.12.2021

24 dekabr 2021-ci il tarixdə Qazax rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanası Oxu zalında Azərbaycan Respublikasının Prezidenti, görkəmli siyasi və dövlət xadimi, Müzəffər Ali Baş Komandan  Əliyev İlham Heydər oğlunun anadan olmasının 60 illiyi münasibəti ilə “Qalib Ölkə, Qüdrətli Sərkərdə” adlı sərgi, məruzə keçirib. Tədbirdə BDU–nun bir qrup tələbələri, fəal oxucular, kitabxana əməkdaşları iştirak edib. Tədbiri giriş sözü ilə açan MKS–nin Metodika və biblioqrafiya şöbəsinin müdiri Fatma Hüseynova bildirib ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər  Əliyevin layiqli davamçısı, dünyanın ən nüfuzlu lideri  olan Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 18 ildə fəaliyyəti dövründə ölkənin ictimai-siyasi və mədəni həyatında köklü, əsaslı dəyişikliklər  baş vermiş, hər sahədə olduğu kimi, mədəniyyətin inkişafına da göstərdiyi böyük diqqət və qayğı sayəsində böyük yüksəliş və nailiyyətlər qazanılmışdır. Ölkə Prezidenti çıxışlarında qeyd edir ki, “Xalqımızı xalq kimi, millət kimi qoruyub saxlayan bizim ənənələrimiz olub, tariximiz olub, ədəbiyyatımız, ana dilimiz və mədəniyyətimiz olubdur.”...
Xidmət şöbəsinin müdiri Bəsdi Məmmədova çıxışında qeyd edib ki, ölkə Prezidentinin mədəniyyət sahələrinin, o cümlədən kitabxana işinin inkişafı ilə bağlı Sərəncamları mənəvi dəyərlərimizin qorunub saxlanılmasına, mədəniyyət sahələrinin inkişafına, çıxışlarında “Kitabxanalar Azərbaycan xalqının milli sərvətidir” söyləməsi mədəniyyətə olan böyük qayğının təzahürüdür. 
Fəal oxuculardan Murğuzov Amil,  Məmmədov Vüsal,  Hüseynov Elnur çıxışında qeyd ediblər ki, Qalib Sərkərdə, Ali Baş Komandan kimi olaraq müdrik, cəsarətli, uzaqgörən düşünülmüş  siyasəti  nəticəsində Rəşadətli Ordu və Yenilməz Xalqı ilə birlikdə Zəfər tariximizi yazdı. Azərbaycan ədalətli Qələbə çaldı. Azərbaycan gəncliyi adından Cənab Prezident İlham Heydər oğlu Əliyevi doğum günü münasibətilə təbrik edir, can sağlığı və ölkəmizi uğurlu gələcəyə aparan Lider kimi məsuliyyətli işində Ona uğurlar arzulayırıq.
Tədbirdə Hüseynova Əsmər, Quliyeva Sunar Zəfər yazan Sərkərdəyə həsr olunmuş şeirlər söyləyib, Mustafayev Hidayət , Hacıyev Sənan sazda el havaları ifa ediblər.
“Qalib Ölkə, Qüdrətli Sərkərdə” adlı  sərgidə  50-dən çox kitab, qəzet və jurnallardan materiallar nümayiş olunub. Sərgi iştirakçıların xüsusi  marağına səbəb olub.
Həmçinin, 24 dekabr 2021-ci il tarixdə Qazax rayon MKS-nin E.Hüseynov adına Mərkəzi kitabxananın Uşaq şöbəsi Oxu zalında Azərbaycan Respublikasının Prezidenti, görkəmli siyasi və dövlət xadimi Müzəffər Ali Baş Komandan Əliyev İlham Heydər oğlunun anadan olmasının 60 illiyi ilə əlaqədar "Qalib Ölkə, Qüdrətli Sərkərdə" adlı sərgi təşkil edib. Sərgidə Qazax Dövlət Rəsm Qalereyasının, Avey Dövlət Tarix-Mədəniyyət Qoruğunun işçiləri, kitabxananın əməkdaşları və bir qrup fəal oxucu iştirak edib. Şöbənin müdiri Abdıyeva Firəngiz sərgi iştirakçılarına İlham Əliyevin 18 illik fəaliyyətindən danışaraq bildirib ki, Prezidentimizin həyata keçirdiyi müdrik, uzaqgörən siyasəti sayəsində Azərbaycan Cənubi Qafqazda lider dövlətə çevrilmişdir. Beynəlxalq təşkilatların 30 il ərzində edə bilmədiklərini Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə gerçəkləşdirdi, işğal altında olan torpaqlarımız azad edildi. Prezident İlham Əliyev nadir şəxsiyyətlərdəndir ki, siyasi liderliklə yanaşı zəfər çalmış hərbi lider obrazını da özündə birləşdirir. Sərgi tədbir iştirakçıları tərəfindən rəğbətlə qarşılanıb.

 

91.7 KB

 

60.4 KB

 

86.7 KB

 

94.7 KB

 

65 KB

 

94.4 KB

 

85.2 KB