10.05.2018
Ağstafa Regional Mədəniyyət İdarəsinin təsdiq etdiyi Tədbirlər Planına əsasən Qazax rayon Mədəniyyət Mərkəzi 10 may 2018-ci il tarixdə saat 11:00-da Qazax rayon E.Hüseynov adına Mərkəzi Kitabxananın Oxu zalında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 95 illik yubileyi münasibəti ilə “Tarixin azərbaycanlı dahisi” adlı yubiley tədbiri keçirib.
Tədbirdə mədəniyyət işçiləri iştirak edib. Tədbiri giriş sözü ilə Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Nailə Əliyeva açaraq bildirib ki, Azərbaycanın ən yeni tarixinin bütöv bir dövrü Ulu Öndər Heydər Əliyevin şərəfli adı ilə birbaşa bağlıdır. Çünki bu dövrün özünü Heydər Əliyev yaratmışdır. O, var qüvvəsini Azərbaycanın yüksəlişinə həsr etmiş, Respublikamızın hər yerində nəhəng quruculuq işlərinin təşəbbüskarı və memerı olmuşdur. Mübaliğəsiz demək olar ki, Ümummilli lider Azərbaycan mədəniyyət siyasətinin banisidir. Mədəniyyət Mərkəzinin direktoru Zahidə Həsənova da öz çıxışında Ulu Öndərin Azərbaycanda mədəniyyətin inkişafına , mədəniyyət və incəsənət xadimlərinə göstərdiyi diqqət və qayğıdan danışıb. Mədəniyyət Mərkəzinin metodisti Zülfiyyə Mürsəlova, Abidə mühafizəçisi Zərqələm Axundova da Ulu Öndər Heydər Əliyevin tariximizin ən şərəfli səhifəsini yaradan bir şəxsiyyət olduğunu, ömrünü millətinə, Azərbaycanın yüksəlişinə həsr edən bir şəxs olaraq millyonlarla insanların qəlbində yer tutduğunu xüsusi olarq qeyd ediblər.