Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Ağstafa rayon Heydər Əliyev Mərkəzində “İntellektual oyunlar” bilik yarışması keçirildi.

07.05.2018

07 May 2018-ci il tarixində Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı və Ağstafa rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibəti ilə “İntellektual oyunlar” bilik yarışması keçirildi. Bilik yarışında Ağstafa rayon tam orta ümumtəhsil məktəblərin komandaları (Ağstafa şəhər 1 saylı, Ağstafa şəhər 2 saylı, Ağstafa şəhər 3 saylı və Ağstafa rayon texniki – hümanitar təmayüllü lisey) iştirak etdilər. İlk əvvəl şagirdlər Ulu Öndər Heydər Əliyevin həyat və yaradıcılığına həsr edilmiş kitab sərgisi ilə tanış oldular. Tədbiri giriş sözü ilə Ağstafa rayon Heydər Əliyev Mərkəzinin direktoru Ləman Cəlilova çıxış edərək qeyd etdi ki, “İntellektual oyunlar” bilik yarışmasının keçirilməsində məqsəd Ulu Öndər Heydər Əliyev irsinin öyrənilməsi və təbliği, milli-mənəvi dəyərlərimizin gənclərə aşılamaqdır.

Yarışın I mərhələsində 4 komanda iştirak etdi. Bu mərhələdə 15 sualdan ibarət sual blankı səsləndirildi. Ağstafa şəhər 2 saylı tam orta məktəb və Ağstafa rayon texniki – hümanitar təmayüllü liseyin komandaları finala vəsiqə qazandılar. Finalda Ağstafa şəhər 2 saylı tam orta məktəbin komandası daha yaxşı nəticə göstərərək yarışmanın qalibi oldu. Qalib komanda Ağstafa Regional Mədəniyyət İdarəsinin və Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Ağstafa rayon Komitəsi tərəfindən fəxri fərman və hədiyyələrlə mükafatlandırıldı.