07.05.2018
Bu gün Qazax Dövlət Rəsm Qalereyasında Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Ulu Öndərin 95 illiyinə həsr olunmuş "Azərbaycan - Heydər Əliyevin şah əsəridir" başlığı altında tədbir keçirildi. Tədbirdə məktəblilər, mədəniyyət işçiləri, Uşaq kitabxanasının əməkdaşları iştirak etdi. Qalereyanın direktoru Münəvvər Xəlilova çıxış edərək Heydər Əliyevin əvəzolunmaz daxili və xarici siyasətindən danışdı. Azərbaycan xalqı üçün gördüyü işlərin xalqımıza gətirdiyi uğurlardan danışdı. Qalereyanın elmi işçisi Cəmilə Aslanova çıxış edərək qeyd etdi ki, hər birimiz "Azərbaycan " əsərinin personajlarıyıq. Bu əsərin daha mükəmməl olması üçün, dünya xalqları tərəfindən daha dəqiq öyrənilməsi üçün hər birimiz çalışdığımız sahədə, işlərimizdə daha məsuliyyətli olmalıyıq. Sonra mövzuya aid sərgiyə baxış keçirildi.