04.05.2018
Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin 95- ci ildönümü ilə əlaqədar Ağstafa Regional Mədəniyyət İdarəsinin təsdiqlədiyi tədbirlər planına əsasən 1-10 may 2018-ci il tarixlərində Qazax Rayon Heydər Əliyev Mərkəzində “Heydər Əliyev məktəbi layihəsi” çərçivəsində Qazax rayon məktəblərinin yuxarı sinif şagirdlərinə dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinə həsr olunmuş dərslər keçirilmişdir. Bu dərslərdə şagirdlərə dahi lider Heydər Əliyev haqqında ətraflı məruzə oxunaraq onun Azərbaycan dövlətinin tarixində əvəzsiz xidmətləri olduğu qeyd edilib. Bundan başqa, Azərbaycan dövlətinin qurucusu və memarı olan dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətinin geniş əks olunduğu kitab və jurnallardan ibarət ”Tarixi yaddaşlara həkk olunmuş mənalı ömür” başlıqlı sərgi ilə tanış olan məktəblilərə müxtəlif illərdə nəşr olunmuş kitablar haqqında da ətraflı məlumatlar verilir."Heydər Əliyev müasir Azərbaycanın memarı","Heydər Əliyev və quruculuq", "Azərbaycan respublikasının prezidenti (1993-2003)" mövzusunda keçirilən dərslərdə Qazax şəhər 1 saylı, 3 saylı, 4 saylı tam orta məktəbin müəllim və şagirdləri fəal iştirak etmiş, Heydər Əliyevin həyatı və siyasi fəaliyyəti barədə sual-cavab xarakterli disskusiya aparmışdırlar.