Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Tovuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Tədbirlər planına əsasən Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar olaraq “8 Noyabr Azərbaycan Ordusunun Zəfər yolu”  mövzusunda tədbir keçirildi

03.11.2021

03  noyabr  2021-ci il tarixində Ağstafa Regional Mədəniyyət İdarəsi Tovuz rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Tədbirlər planına əsasən Vətən müharibəsinin birinci ildönümü ilə əlaqədar olaraq “8 Noyabr Azərbaycan Ordusunun Zəfər yolu”  mövzusunda tədbir keçirildi. Tədbir iştirakçıları öncə Vətənimizin azadlığı və suverenliyi uğrunda şəhid olmuş qəhrəman oğullarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdilər. Tədbirdə Vətən müharibəsi qazilərinin övladlari iştirak etdilər. Tədbiri Heydər Əliyev Mərkəzinin direktoru Humay Aslanova açaraq bildirdi ki, düz bir il bundan əvvəl 27 sentyabr 2020-ci ildə Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək bizim döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutmuşdur. Bu namərd atəş nəticəsində ilk saatlarda mülki şəxslər, hərbçilər həlak olmuşdur. Bu qanlı cinayətə cavab olaraq Azərbaycan Ordusunun genişmiqyaslı əks-hücum əməliyyatının başlanılmasına dair tarixi qərar qəbul olunmuşdur. 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu və xalqı tam Qələbə qazanmışdır. Bir il öncə 27 sentyabr tarixində başlanan Zəfər yolunda qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki şəxslər, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək düşmənə sarsıdıcı zərbələr endirdi: Bütün təzyiqlərə, yalvarışlara, təhdidlərə baxmayaraq Azərbaycan Qələbə qazandı və tarixi ədalət bərpa olundu. Azərbaycanın hərb tarixində Vətən müharibəsi və ya “Dəmir Yumruq Əməliyyatı” kimi adlandırılan 44 günlük müharibə özünəməxsus xüsusiyyətləri ilə müasir müharibənin nümunəsi kimi dünyanın aparıcı hərbi təhsil müəssisələrində öyrənilir.
Tədbirdə Tovuz rayon Mərkəzləşmiş Kitabxana Sisteminin direktoru Güldərən İbrahimova çıxış edərək bildirdi ki, Bu Qələbəni bizə bəxş edən qəhrəman əsgər və zabitlərimiz bizim qürur mənbəyimizdir. Ali Baş Komandan: “Onların qəhrəmanlığı, onların şücaəti, fədakarlığı artıq dastana çevrilib,”- deyərək bundan sonra qalib ölkənin, müzəffər xalqın öz tarixi ata-baba torpaqlarını bərpa edəcəyik deyə qeyd etmişdir. Müharibədən bir il keçməsinə baxmayaraq, artıq bütün beynəlxalq aləm Azərbaycanın Qələbəsi ilə razılaşıb və bu faktı qəbul edib. Bu gün bölgədə, o cümlədən Azərbaycan-Ermənistan münasibətlərində gündəliyi formalaşdıran tərəf də Azərbaycandır. 44 günlük vətən müharibəsində həlak olan şəhidlərimizə allahdan rəhmət ,qazilərimizə cansağlığı arzu edirəm.

Tədbirdə Tovuz rayon 6 saylı körpələr evi uşaq baxçasının tərbiyəçi-müəllimi Babayeva Gülnarə də çıxış edərək söylədi ki,Azərbaycan Ordusu şəhidlərin qanını aldı. Biz onların qisasını döyüş meydanında aldıq deyərək körpə fidanlara söz verdi və fidanlar öz vətənpərvərlik mövzusunda seirlərini səsləndirdilər. Tədbirin sonunda  “Zəfər Meydanı” adlı filmə baxıldı.