01.05.2018
1 may 2018-ci il tarixdə Azərbaycan Respublikasının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü ilə əlaqədar Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təsdiqlədiyi tədbirlər planına əsasən 1-10 may 2018-ci il tarixlərində Qazax rayon Heydər Əliyev Mərkəzində “Açıq qapı” günləri və Ulu Öndərə həsr olunmuş silsilə tədbirlərə start verilmişdir.Ilk olaraq Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi cənab Ramiz Quliyevin rəhbərliyi ilə tədbir iştirakçıları Heydər Əliyevin abidəsini ziyarət etmiş, gül-çiçək dəstələri ilə ulu öndərin xatirəsinə hörmət və ehtiramlarını bildirmişdirlər. Sonra Qazax rayon Heydər Əliyev Mərkəzində “Yaddaşlara həkk olunan mənalı ömür” başlıqlı tədbir keçirilmişdir.Tədbirdə Ağstafa Regional Mədəniyyət və Turizm idarəsinin nəzdində fəaliyyət göstərən bütün mədəniyyət müəssisələrinin rəhbər və işçi heyəti , Qazax şəhər 5 saylı orta məktəbin müəllim və IV sinif şagirdləri iştirak etmişdirlər. Tədbiri Ağstafa Regional Mədəniyyət və Turizm idarəsinin rəisi cənab Ramiz Quliyev açıq elan edərək, may ayının 1-dən 10-na qədər Qazax rayon Heydər Əliyev Mərkəzində Ulu Öndərin 95 illiyi ilə əlaqədar “Açıq qapı” günlərinin başlanmasını elan etmiş, dahi lider Heydər Əliyev haqqında ətraflı məruzə edərək , onun Azərbaycan xalqının tarixində əvəzsiz xidmətlərindən bəhs etmişdir. Sonra Ağstafa Regional Mədəniyyət və Turizm idarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev, Qazax rayon Mədəniyyət işçiləri Həmkarlar İttifaqının sədri İsgəndər Qurbanov, Qazax Tarix-Diyarşünaslıq muzeyinin direktoru Gülnaz Alışanova, Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək ulu öndər haqqında öz ürək sözlərini bildirmişdirlər.Tədbirin rəsmi hissəsi “Heydər Əliyev-müasir Azərbaycanın memarı” filminin nümayişi ilə sona çatmışdır.
Rəsmi hissə bitdikdən sonra Qazax şəhər 5 saylı orta məktəbin şagirdlərinin iştirakı ilə “Körpələrin sevinci -Heydər baba” başlıqlı ədəbi bədii kompozisiyanın nümayişinə başlanmışdır. Şagirdlər Heydər Əliyevin həyat və siyasi fəaliyyəti haqqında danışmış və ulu öndərə həsr olunmuş şerlərlə tədbiri daha da rəngarəng etmişdirlər.
Tədbir Heydər Əliyevə həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam” başlıqlı filmin nümayişi ilə başa çatmışdır.