Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon MKS–nin təşkilatçılığı ilə Birinci Şıxlı kənd kitabxana filialı Folklor evi ilə birlikdə şəhid ailəsini ziyarət ediblər

27.10.2021

27 oktyabr 2021-ci il tarixdə Qazax rayon MKS–nin təşkilatçılığı ilə Birinci Şıxlı kənd kitabxana filialı Folklor evinin əməkdaşları ilə birlikdə  44 günlük Vətən Müharibəsində Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərdə iştirak edib, şəhidlik zirvəsinə ucalmış Mustafayev Merik Musa oğlunun məzarını ziyarət edib, ailəsinə baş çəkiblər.

Şəhidimiz Qubadlı və Füzulinin azad olunmasında iştirak edib. Füzuli istiqamətindəki döyüşlərdə şəhid olmuşdur. Azərbaycan Respublikasının Prezidentinin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda","Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunmuşdur. 

_______________________________________________________________

Həmçinin, 27 oktyabr 2021 - ci il tarixdə Qazax rayon MKS - nin təşkilatçılığı ilə Qaymaqlı kənd kitabxana filialının əməkdaşları Birinci Qarabağ müharibəsi qaziləri 1-ci qrup əlil Mustafayev Həmid Mədəd oğlu, 2-ci qrup əlillər  Paşayev Bəylər Kavı oğlu, İsmayılov İbrahim Şahvələd oğlu və 1-ci Qarabağ müharibəsi veteranı, "İncə qartalı", milli orduda "Mixaylo" ləqəbi ilə tanınan Kazımov Azər Abdulla oğlu ilə görüş keçirib. İncə dağlar vüqarlı, İncə bağlı baharlı, İncənin qartalıdır Bizim Azər Qaymaqlı... Görüş iştirakçıları döyüş xatirələrindən danışdılar. Vətən uğrunda öz sağlamlıqlarını itirsələr də 28-30 il sonra qazanılan qələbə onlara çəkdikləri hər əzabı unutdurmuşdur. Eşq olsun Azərbaycan ordusuna!!! Qarabağ Azərbaycandır!!!

_______________________________________________________________


27 oktyabr 2021-ci il tarixdə Qazax rayon MKS-nin N.Nərimanov qəsəbə kitabxana filialı 2 nömrəli Folklor evinin əməkdaşları ilə birlikdə 44 günlük Vətən müharibəsində Füzuli rayonunun Alxanlı kəndi istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə ucalmış Orucov Elvin Rövşən oğlunun ailəsini ziyarət ediblər. Anası Səidə xanımın oğlu haqqında danışıqlarını ürək ağrısı ilə dinləmiş, dərdlərinə şərik olmuşlar. Ali Baş Komandan, möhtərəm prezidentimiz İlham Əliyevin sərəncamı ilə "Füzulinin azad olunmasına görə", "Vətən uğrunda", "Cəsur döyüşçü" medalları ilə təltif olunmuş nur üzlü şəhidimiz Orucov Elvin Rövşən oğlu hər zaman qəlbimizdə yaşayacaq!

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

136.1 KB

 

95.3 KB

 

71 KB