Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Qazax rayon Mədəniyyət Mərkəzində ”Oftalmologiyamızın tükənməz xəzinəsi” adlı tədbir keçirilib.

27.04.2018

27 aprel 2018-ci il tarixdə Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Qazax rayon Mədəniyyət Mərkəzinin dəyirmi masasında Oftalmologiyamızın tükənməz xəzinəsi” adlı  tədbir keçirilib.

Tədbiri Regional İdarənin rəisi Ramiz Quliyev açaraq bildirib ki, Azərbaycanın görkəmli dövlət xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açmış Zərifə xanım akademik, tanınmış oftalmoloq gözəl pedaqoq, humanist insan, sədaqətli həyat yoldaşı, yaxşı ana idi. Zərifə xanım dosentlikdən professor, kafedra müdiri vəzifələrinə, akademik zirvəsinə qədər yüksəlmişdir. O, Azərbaycan Respublikası Elmlər Akademiyasının həqiqi üzvü olmuş ilk oftalmoloqdur. O, tək xəstələri sağaltmamış, eyni zamanda Azərbayan üçün yüzlərlə həkim yetirmişdir.                                      

Tarix diyarşünaslıq muzeyinin direktoru Gülnaz Alişanova  məruzə ilə çıxış edərək bildirib ki, aprelin 28-də Azərbaycanın  görkəmli simalarından sayılan Zərifə xanım Əliyevanın anadan olmasının 95-ci ildönümü tamam olur. Zərifə xanım 1923-cü il aprelin 28-də qədim Naxçıvanın Şahtaxtı kəndində görkəmli ictimai və dövlət xadimi, xalqımızın böyük oğlu Əziz Əliyevin ailəsində dünyaya göz açmışdır. Atasının ömür yolu onun üçün əsl həyat məktəbinə  çevrilib.                       

Zərifə xanım Əliyeva dahi şəxsiyyətin - ümummilli lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Vaxtilə Əziz Əliyevin ailəsində aldığı yüksək tərbiyə, nəcib xüsusiyyətlər yaxşı bir təcrübə kimi ölkənin birinci şəxsinin xanımı olduğu zamanlarda köməyinə çatıb. O, ulu öndərimizə mənəvi dayaq, arxa olub.                                                    

Məruzə ətrafında çıxış edənlərdən Mədəniyyət Mərkəzinin mədəni təşkilatçısı Nailə Əliyeva, MKS-nin direktoru Solmaz Babanlı, Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova, Mədəniyyət Mərkəzinin metodisti Məfrubə Mehdiyeva, Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Qazax rayon Komitəsinin sədri İsgəndər Qurbanov görkəmli oftalmoloq Zərifə Əliyevanın Azərbaycan üçün gördüyü misilsiz xidmətlərdən danışıblar. Onun eyni zamanda yüksək insani keyfiyyətlərindən ; mehriban, istiqanlı,qayğıkeş, sədaqətli ömür-gün yoldaşı  olmasından danışıblar. Zərifə xanım ətrafına nur saçan ziyalı kimi bu gün də yaddaşlarda ilahi duyğulara malik, qadınlıq meyarı kimi yaşayır və yaşayacaq.