Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Zərif ürəkli məğrur qadın”

27.04.2018

27 aprel 2018-ci il tarixdə Ağstyafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Qazax rayon Heydər Əliyev Mərkəzində Azərbaycanın görkəmli oftalmoloq alimi, akademik Zərifə xanım Əliyevanın 95 illiyi ilə əlaqədar “Zərif ürəkli məğrur qadın” başlıqlı tədbir  təşkil olunmuşdur.Tədbir  saat 1100- da  Qazax rayon Heydər Əliyev Mərkəzinin və Qazax rayon Səhiyyə Şöbəsinin birgə iştirakı ilə keçirilmişdir. Tədbiri Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova açaraq Zərifə xanım Əliyeva haqqında geniş məruzə ilə çıxış edərək bildirmişdir ki, - “Zərifə xanım gözəl ana, qayğıkeş ömür gün yoldaşı, gözəl qadın  idi.Onun vəfat etməsinə baxmayaraq Heydər Əliyev həmişə onun ruhunu yanında hiss etmiş, həmişə ondan ruhlanmışdır.”Zərifə xanım mənə xoşbəxtlik bəxş etmişdi”-deyən Heydər Əliyev həm də onun doğulduğu günü xoşbəxt gün adlandıraraq, Zərifə xanımın yoxluğunu kədərli gün hesab etmişdi.Zərifə xanım bir pərvanə ömrü yaşadı.Allahın insanlara bəxş etdiyi nurun, işığın keşiyində durdu.Ömrünü gününü bu işığın azalmasına sönməsinə qoymamağa həsr etdi.Zərifə xanım iki vacib şeyin keşiyini çəkirdi:bu dünyanın gözəlliklərini görmək üçün insanlara verilən göz nurunun və bu xalqın zəkasının nuru olan Heydər Əliyevin.O  bu dünyadan köçəndən sonra da onun bəslədiyi keşiyində durduğu işıq Azərbaycanın üzərinə qaranlıqlar çökəndə yenidən parladı. ”  Sonra tədbir iştirakçıları oftalmoloqlar Əhmədova Rahilə, Səhiyyə İşçiləri Həmkarlar təşkilatının sədri Sevda Həsənova  Zərifə xanım Əliyeva haqqında gözəl fikirlər bildirmişdirlər.  Sonda Mərkəzin ekspozisiya zalında yerləşdirilmiş UBİQ VİNDOV- da Zərifə xanım Əliyevaya həsr olunmuş filmə baxış keçirilmiş və Zərifə Əliyeva adına muzeydə virtual gəzinti olmuşdur.