Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Qazax-Tovuz Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Ellər dilinin əzbəriyəm mən” adlı tədbir keçirildi

25.04.2018

25 aprel 2018-ci il tarixində Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı və Ağstafa rayon Mərkəzi Kitabxanasının təşəbbüsü ilə Aşıq Şəmşirin 125 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə keçirildi. Tədbirdə Regional İdarənin işçiləri rayon mədəniyyət işçiləri iştirak etdilər.

Şair Saqif Qaratorpaq tədbiri açaraq bildirdi ki, bu günlərdə Aşıq Şəmşirin 125 illik yubileyi bütün mədəniyyət müəssisələrində qeyd olunur. Bildiyimiz kimi aşıq lirikası bugün üçün, sabah üçün və bütün dövrlər üçün müasirdir, aktualdır. Çünki o, insanların təfəkkürünə, şüuruna, idrakına, zehninə, mənəvi–psixoloji aləminə, dünya görüşünə həmişə dərin təsir göstərmiş, onların ideya-estetik, vətənpərvərlik, beynəlmiləlçilik tərbiyəsində əvəzsiz rol oynamışdır. Bu sevgi aşıq sənətinin böyüklüyünü, onun dərin xəlqi mahiyyətini təsdiq edən başlıca meyardır.

Əməkdar İncəsənət xadimi, şair Barat Vüsal öz çıxışında bildirdi ki, təkrarsız ifası, bənzərsiz poetik yaradıcılığı ilə saz-söz dünyasının zirvəsində özünə əbədiyyət qazanan ölməz sənətkar Aşıq Şəmşir kökü min illərə söykənən bir sənət azmanı kimi bir əsrdir ki, üzü sabahlara doğru aydın və işıqlı bir yola çıxıb. Bu sabahlar bir-birinə qovuşduqca onun sənət ömrü hər birimizə daha yaxın və işıqlı görünür.

Tədbirin aparıcısı Saqif Qaratorpaq sözü növbə ilə qocaman və gənc aşıqlara verdi.

Sonda aşıqlar qrupu müxəmməslə tədbiri yekunlaşdırdılar/