13.07.2021
Tovuz rayon Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyi, Tovuz rayon Tarix -Diyarşünaslıq Muzeyi, Abulbəyli kənd mədəniyyət evinin birgə təşkilatçılığı ilə 13 iyul 2021-ci il tarixdə Tovuz döyüşləri ilə bağlı "Bu zəfəri bizə yaşadan şəhidlərimiz" mövzusunda onlayn tədbir keçirildi. Tədbirdə çıxış edən muzeyin kiçik elmi işçisi Mahmudova Püstə bildirdi ki, ötən ilin bu günündə ermənilərin mövqelərimizi ələ keçirmək məqsədi ilə hücuma cəhd göstərməsindən, Azərbaycan-Ermənistan dövlət sərhədlərinin Tovuz rayonu istiqamətində gedən döyüşlərdən bir il keçir. Bu döyüşlərdə Vətənin keşiyində dayanaraq ,qəhrəmancasına döyüşən Azərbaycan Silahlı Qüvvələrinin 12 hərbiçisi şəhid oldu.
Tarix-Diyarşünaslıq Muzeyinin bələdçisi, Vətən müharibəsi qazisi Yasin Səməndərli çıxışında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin şəhidlərimizə və şəhid ailələrinə böyük diqqət və qayğısına uyğun olaraq şəhidlərimiz və şəhid ailələri əbədi ziyarət ünvanına çevrilməkdədir.