01.06.2021
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Ağstafa Regional Mədəniyyət İdarəsi və Azərbaycan Yazıçılar Birliyinin Qazax Zona Bölməsi tərəfindən “Nizami Gəncəvi ili” münasibətilə Qazax, Ağstafa, Tovuz rayonlarında yaşayıb-yaradan şairlər arasında şeir müsabiqəsi elan edir. Qaliblər üçün 3 əsas və 2 həvəsləndirici yer müəyyənləşdirilmişdir. Qaliblər diplom və hədiyyələrlə mükafatlandırılacaqdır.
Müsabiqədə yaş məhdudiyyəti yoxdur. Müəlliflər mövzu seçməkdə sərbəstdirlər.
Müsabiqənin 1-30 iyun 2021-ci il tarixində keçiriləcəkdir. Əsərlərin qəbulu 25 iyun tarixinə kimi aparılacaqdır. Hər müəllif 3 şeir təqdim edə bilər. Şeirlər kompüterdə yığılıb çap edilmiş formatda təqdim olunmalıdır.
Şeirlər aşağıdakı vasitələrlə təqdim oluna bilər:
- Qazax şəhəri Heydər Əliyev prospekti 97 a ünvanında yerləşən Ədəbiyyat Muzeyinə şəxsən və ya məktub vasitəsilə;
- barat.vusal@mail.ru elektron poçtu vasitəsilə;
- AYB Qazax Zona Bölməsində ədəbi-məsləhətçi Mustafa Rasimoğlunun WhatsApp nömrəsi - 055 652 28 88 – vasitəsilə.
TƏŞKİLAT KOMİTƏSİ